Senaryo Ekibi

Ölümcül Dövüş - Azerice Hikaye

Yazan: Rəhimov Tehran       

Hekayə:

Akif və Asif adlı iki əkz qardaşın yaşadığı hadisələrdən danışan bir hekayə.Hekayənin adı ölümcül döyüdür.Bu iki gənc qardaşın 22 yaşları var.Akif fiziki cəhətdən normadan artıq sağlam,güclü Asif isə qardaşına nisbətən fiziki cəhətdən zəif amma zehni cəhətdən çox ağıllı və savadlı idi.Bu iki qardaşın birdə qoca ağbirçək nənəsi vardı Züleyha xanım.Bu xanım çox mədəni nəvələrini çox sevən və evdə bütün gün vaxtını Asiflə bircə keçirirdi.Asif yataq həstəsi olduğu üçün evdə hər insan kimi hərəkət edə bilmirdi fiziki yardıma ehtiyyacı vardı.Nənəsi isə ona hər cəhətdən dayaq idi.Asif canından bezmiş və yaşamağın ona çox ağır olduğunu bilirdi.Elə buna ğörədə o,hər gün yataqda kitab oxumaqdanda artıq keyf almırdı.Qardaşı Akif isə valideynlərinin ölümlərindən çox təəssüflənirdi.Anaları olan Aliyənin ölmə səbəbini heç vaxt anlamaq istəmirdi.Özü özünə niyə anamız bizi dünyaya gətirərkən canını tapşırdı sualını verirdi.Ataları Murtuzun isə ölüm səbəbini hələdə araşdırırdı.Atalarını yol qəzasında hələdə nauməlum biri tərəfindən avtomobillə vurulması və ölməsini qəbul edə bilmirdi.Ataları öldüyü zaman hələ 6 yaşları vardı.Onları bu günlərə qədər nənələri Züleyha böyütmüşdü.

18 Yaşlarından özünə iş axtarmağa başlayan Akif zireh və güclü olduğundan tez zamanda özünə qanundan kənar bir iş tapar.Bu iş elə bir iş idi ki, yaxşı pullar oynuyurdu.Bəli bu iş döyüş meydanlarında idi.O qanunsuz döyüş ringlərində qaydasız döyüşlə məşğul olmağa başlamışdı.Hər an şikəstlik təhlükəsi bu cavan oğlana yaxınlaşırdı.Akif dahada çox çalışaraq özünün istədiyi səviyyəyə gəlmişdi.Akif 3 ildən sonra Şram ləqəbli Tərlanla ünsiyyət qurar.Şram Tərlan Akifə dahada cazib bir təklif verər.Bu təklif əla pullar qazanan Akifə dahada maraqlı olar.Bu təklif artıq ringlərdən küçələrə keçid olan ölümcül döyüş idi.Burada artıq onu şikəstlikdəndə bətər daha qorxulu olan ölüm təhlükəsi idi.Çünki, burada artıq öldürməkdə vardı ölümdə vardı.Ölməmək üçün öldür prinsipi işə keçirdi bu döyüşdə.Son 1 il ərzində yüksək pullar qazanan Akif hamıdan gizli saxladığı ailəsinə yəni nənəsi və qardaşına əla həyat qururdu.O, qardaşının sağalması üçün həstəxanada qardaşının mualicəsi üçün həkimlərlə məsləhətləşər.Burada o Leyla ilə tanış olar.Leyla Asifin mualicəsini aparacaq olan həkimin köməkçisi olan qız idi.Namiq dr. Öz sahəsində savadlı həkim idi.Leyla isə onun qardaşı qızı idi və o tibb üzrə təhsilini yeni bitirmişdi.Leyla ilk olaraq əmisi Namiq dr. işlədiyi həstəxanada işə düzəlmişdi.Qardaşı Asifin müalicəsi yaxşı nəticələr vermirdi o gündən-günə sümük əriməsindən əziyyət keçirdi.

Akif bu müddət ərzində heç məğlub olmurdu.Qarşısındaki, rəqibləri öldürərək dahada çox pullar qazanırdı.O, həmçinin Şram Tərlanın sağ qolu olmuşdu.Və Şramın əmrlərini ilə bir çox cinayətləri törədmişdi.Polisin axtarış siyahısında olan Şram və Akif müstəntiq Müslümov Orxan tərəfindən bir çox əmiliyyatlarla axtarılırdılar.Axtarışların nəticəsiz qalması Orxanı çox əsəbləşdirirdi.Cinayət axtarış bölməsinin axtarışlarında nəsə düz getmirdi.Əvvəlcədən cinayətkar dəstə bunlardan xəbər  tutur və aradan çıxırdı.Artıq Şram Akifin vaxtının bitdiyini və Akifi satmaq fikrinə düşər.Və arasının pis olduğu bir başqa cinayətkar dəstənin başçısı olan və Akifi öldürmək istəyən Qarğa ləqəbli Sərxanla arasını düzəltməq marağı ilə ona Akifi verəcəyini və onunla əl bir olacağını Sərxana çatdırar.Akifin döyüşəcəyi son qarşı durmada Sərxanın aamı olan döyüşçünün qələbəsinə pul qoyaraq həmdə Akifin zəif cəhətlərini Akifin rəqibinə satar.Monqo ləqəbli döyüşçüdə çox güclü və vəhşi döyüşçü idi.Bu döyüşün sonunda Akif çətində olsa rəqibini öldürərək qazanar.Pullarını itirən Tərlan hiyləcərcəsinə Akifi qucaqlayaraq təbrik edər.Gecə Akifə Sərxanı öldürməsini əmr edər.Akif isə əmrə uyğun olaraq Tərlanın göndərdiyi adresə doğru yola düşər.O qarşıdaki pusqudan bi xəbər Sərxanı öldürməyə getdiyini fikirləşərkən onu bir talpanın gözlədiyini bilməz.Akif mənzilə çatığında nəyinsə yolunda getmədiyini hiss edər lakin çox gec idi artıq ətrafına yığılan talpanın ona hücum çəkməsi və Akifi əzişdirmələri, al qana bulamaları heç 10 dəqiqə vaxt belə etmədi.Daha sonra Akifin leşini bir dərəyə atdılar.

Asif isə özünü pis hiss edirdi qardaşından çox nigaran idi.Asifin həstəliyi birazda pisləşmişdi.Züleyha nənəsi onu həstəxanaya aparmışdı.Buradada yaxşı xəbərlər yox idi.Asif öldüyü halda işə yarayan orqanlarını bağışlamaq qərarına gəlmişdi.Və Leyla ilə bunu müzakirə edirdi.Leyla isə bunun yaxşı əməl olduğundan bəxs edir və Asifdən qardaşı Akifi tez tez soruşaraq Akif haqqında məlumatlar alırdı.Asif Leylanın qardaşını sevdiyini düşünürdü və qardaşı üçün sevinirdi.

Səhəri günü həstəxanaya təcili pis yaralanmış komada olan biri gətirildi.Bu kəs Akif idi ölməmişdi.Amma ölümün qıyısında idi.Bədəninin orqanları zədələnmiş beyin həsarət almışdı təcili əməliyyat lazım idi bu əməliyyat yararsız hala düşən orqanları yararlı orqanlarla dəyişməkdən başqa heçnə deyildi.Müstəntiq Müslümov dərxal həstəxanadan gələn zənglə həmin xəstəxanaya yola düşər.Müslümovun şüpələri əsaslı idi çünki, o Akifin ölüm xəbərini almışdı amma cəsədin tapılmaması onu şüpələndirirdi.O bunu aydinlaşdırmaq hatirinə həstəxanaya gətirilən həstənin kimliyini bilmək istəyirdi.O həqiqətəndə düzgün addım atmışdı.Axtardığı elə bu idi Akif həmin şəxs idi və vəziyyəti çox ağır idi.Müslümov dərxal beynində plan qurar və Sərxanla Tərlanı yaxalamaq üçün planına uyğun olaraq Akifin həkimlə məsləhətləşərək ölüm çağızını alar.Bu sənədin olması planda çox vacib idi.Müslümov Akifin ölümünü təstiqlədərək Tərlan və  Sərxanın üzə çıxmasını reallaşdırar.Planı dəqiq olan Müslümov Tərlanın izini tapar.Eyni zamandada Akifin ailəsini axtaran Müslümov təsadüfən həstəxanada müalicə olunan Asifi görər və şoka düşər.Asif eyni Akif ilə bir-birinin kopyası idi.Və maraqlandıqdan sonra nənəsi Züleyha xanımla əlaqə saxlayaraq Akifin əslində onun digər nəvəsi olduğunu öryənər.Züleyha xanıma gərçəkləri danışan müstəntiq Züleyha xanıma nəvəsinin bu həstəxanada olduğunu ancaq bunun gizli qalmalı olduğundan bəxs edər.Züleyha xanım məsələyə ciddi yanaşar və nəvəsini görmək üçün yatdığı otağın qarşısına gələrək nəvəsinə baxaraq ağlayar.Asif nənəsindən bir qədər sonra söhbətləşər və öz istəyini nənəsinə deyər.Nənəsi isə üzgün baxışlar içində Asif doğruları danışar və ona qardaşının ağır vəziyyətini danışar.Bunlardan sonra Asif həstəxana rəhbərliyindən qardaşın əməliyyatının olunmasını və o qardaşına nə orqan lazımdısa özündən verəcəyini açıqlayar.Akifin xəbəri olmadan Asif bütün sənədlərə qol çəkərək nənəsi Züleyhaya narahat olma nənəm bizim ikimizi birdən itirməyəcəqsən biz ikimiz artıq bir bədəndə olacayıq yəni ikimizdə yaşayacayıq.Birimiz ölsəkdə digərimiz ikimizidə yaşadacaq.Nənəsindən halallıq alan Asif əməliyyatxanada qardaşı ilə birlikdə əməliyyat olunar.Leyla isə bu baş verənlərə üzülmüş və Züleyha nənəyə dəstək olurdu.Əməliyyat uğurla sonlandı.Və Akif yoğun baxış otağına aparıldı.Əməliyyat əla keçmiş.Əcnəbi həkimin etdiyi əməliyyat uğurla sonlanmışdı.Artıq əməliyyatdan qabaq məlum olan yəni, Asifin ölümü gərçəkləşmişdi.Ancaq Asif artıq sadəcə əziyyətlı həyatında qurtulmuşdu.Asif yaşayırdı.Akifin beyn ölümü əməliyyatda baş tutmuş və Asifin parlaq beyni Akifin başına yerləşdirilmişdir.Əməliyyatdan 3 gün sonra komadan ayılan Akif artıq zehn cəhətdən qardaşı kimi olmuş amma gücü öz yerində qalmışdı.İki qardaş həqiqətəndə bir bədəndə birləşmişdi.

Müstəntiq Müslümov Akifə ayıldıqdan sonra əhvalatı danışaraq nələr baş verdiyini ona deyər.Akifdən artıq onun Akif yox Asif olduğunu bildirər və ona köməkliklər edəcəyi sözünü verər.Akif müstəntiqlə razılaşaraq Asif olamağa razılıq verər.Qardaşının dəfnindən sonra həstəxanaya qayıdan Akif düşmənlərinin zənnində ölü bilinirdi.Ancaq Akifin oxşarının olması onları qorxudurdu.Və bir az araşdırdıqlarında onun Akif yox Asif olduğunu öryənərlər.Asif müstəntiqin köməkləri ilə qardaşının qisasını almaq üçün Tərlanın dəstəsindən bəzi şəxsləri ağlı vasitəsi ilə hiyləcərcəsinə Sərxanın dəstə üzvləri ilə çaxnaşmasına gətirib çıxarar.

Bu çaxnaşmaların sonunda Sərxan Şram Tərlanı qətlə yetirər.Və bir təsadüfdə burada baş verər uzun müddət polisin axtardığı Murtuzu avtomobillə vurub öldürən əslində Sərxan olduğu üzə çıxar.Bunu bilən Asif həm qardaşı həmdə atalarının qisasını almaq üçün Sərxanı öldürər.Müstəntiq Müslümovla dostlaşan Asifə Müslümov yeni həyat qurmasını və evlənərək ailə həyatı qurmasını təklif edər və ondan Sərxanı öldürdüyü yerdən uzaqlaşmasını istəyər.

İki aydan sonra nənəsi Züleyha və Müslümovla bircə Namiq dr.un evinə Namiq dr.un qardaşı qızı Leylanı istəməyə gedərlər.Sonda isə bu gütlükdən evləndikdən sonra əkiz qardaşlar dünyaya gələr.

                   

  


Yorumlar - Yorum Yaz
Öykü Yazarları Köşesi
Etkinlikler

  Facebook'tan takip et!

Ziyaret Bilgileri
Aktif Ziyaretçi2
Bugün Toplam36
Toplam Ziyaret1401222
Site Haritası